Cümə, 03 May

Orta məktəbdə mobil telefondan istifadə qadağan olunur

image

Rusiya prezidenti Vladimir Putin məktəblilərin dərs zamanı şəxsi mobil telefondan istifadəsini qadağan edən qanunu imzalayıb.

Xəbər verilir ki, bu barədə rəsmi hüquqi informasiya portalı məlumat yayıb.

Sənədə əsasən, telefonlardan yalnız təhsil alanların və ya təhsil təşkilatının işçilərinin həyatı və ya sağlamlığı üçün təhlükə yarandıqda istifadə oluna bilər.

Dövlət Dumasının Təhsil Komitəsinin rəhbəri Olqa Kazakovanın bir qədər əvvəl qeyd etdiyi kimi, zərurət yaranarsa, məktəb cihazlarından şəxsi deyil, təhsil məqsədləri üçün istifadə olunacaq.

Onun sözlərinəgörə, qanun təhsil fəaliyyətləri xaricində, məsələn, fasilələr zamanı telefonlardan istifadəni məhdudlaşdırmır.

Bundan əlavə, qanunla ibtidai və orta məktəblərdə məcburi əmək (texnologiya) dərsi tətbiq edilir.

Qanunun 2024-cü il sentyabrın 1-dən qüvvəyə minməsi gözlənilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15