Cümə axşamı, 02 May

Çində dəhşətli zəlzələ: 118 nəfər həyatını itirib - YENİLƏNİB

image

Çin Mərkəzi Televiziyasının məlumatına görə, ölkənin şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 118 nəfərə çatıb.

Təbii fəlakət dünən yerli vaxtla 23:59-da Çinin şimal-qərbindəki Qansu əyalətinin Linxia Hui muxtar prefekturasının Cişişan-Bao'an-Dunxiang-Salar Muxtar Dairəsində 6,2 bal gücündə baş verib.

Son məlumata görə, yaralı sayı 500 nəfərə çatıb.

***08:07

Çinin şimal-qərbindəki Qansu və Çinxay əyalətlərində güclü zəlzələ baş verib.

Bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Baş vermiş zəlzələ qurbanlarının sayı azı 116 nəfərə çatıb.

Məlumata görə, 1,5 mindən çox xilasedicinin iştirak etdiyi fəlakət zonasında genişmiqyaslı axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.

Qeyd edək ki, Çin Sədri Si Szinin insanların axtarışı və xilas edilməsi, eləcə də Qansuda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün səylərin göstərilməsinə tapşırıq verib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15