Cümə axşamı, 02 May

Maşın keçiddə 4 nəfəri vurdu - Ölən var

image

Dünən axşam saatlarında Nərimanov rayonunda ağır yol qəzası baş verib.

Xəbər verilir ki, saat 19:10 radələrində Əhməd Rəcəbli küçəsindəki piyada keçidində (“Hilal” mağazasının qarşısı) R.Rüstəmov “Xəzər” markalı avtomobillə 4 nəfəri vurub.

Nəticədə piyadalardan 1948-ci il təvəllüdlü Hüseynova Sara Abdulla qızı aldığı xəsarətlərdən hadisə yerində ölüb. Fərzəliyeva Sevil Abbas qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Daha 2 nəfərə isə yerində tibbi yardım göstəriləndən sonra evə buraxılıblar.

Faktla bağlı Nərimanov RPİ-nin İŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Həmin ərazidən mütamadi olaraq istifadə edən vətəndaşlar bildirib ki, sözügedən yolda piyada keçidi olsa da, onun asfaltdakı işarəsi tez-tez silinir və xətlərin yenilənməməsi sürücülər, eyni zamanda piyadalar üçün problem yaradır. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15