Cümə, 03 May

Azərbaycanda şok dələduzluq: “Part time” iş adı ilə...

image

"Daha bir neçə vətəndaş onlayn “part time” işlərdən külli miqdarda vəsait itirib. İlk 5 tapşırığı icra etdikdən sonra vətəndaş 40 manat qoyub, 80 manat götürüb. Növbəti addımlarsa pul qoyduqca, nağdlaşdıra bilib. Sonda 16,000 AZN qazanmaq üçün hesaba 5000 manat mədaxil edib. Dələduzlar vəsaitin yetərli olmadığını amma investorların ona 3000 AZN borc verə biləcəyini deyib. Beləcə vətəndaş özü 5000 AZN, dələduzlardan 3000 AZN borc alaraq yatırım edib".

Xəbər verilir ki, bunu sosial şəbəkə hesabında bloqer Fərid Pərdəşünas paylaşıb.

"8000 manat hesaba mədaxil edən vətəndaşın balansında bir neçə günə 16,000 manat yaranıb. Vətəndaş bu pulu çıxarmaq istəyəndə dələduz 5,000 manat üzərində olan ödənişlərdən 25% dövlət vergisi olduğunu qeyd edib və pulu çıxarmaq üçün vətəndaşdan 4,000 manat daha alıb. Bu ödənişi də aldıqdan sonra vətəndaş pulu çıxara bilməyib. Dələduzlar vətəndaşa bunun əsas səbəbinin investorların verdiyi borcu istəməsilə əlaqələndirib və vətəndaşdan onlayn verdikləri yalançı 3000 AZN borcu real olaraq alıblar" - deyə bloqer qeyd edib.

F.Pərdəşünasın sözlərinə görə, toplamda bu dələduzluqda bir neçə nəfər ayrılıqda 10,000 manat üzərində vəsait itirib.

“Kimdir buna inanan?” deməyin. Məlumatı paylaşın, insanların xəbəri olsun. Dəhşətli rəqəmlər var. Aldanmaz dediyim adamlar aldanır", - bloqer bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15