Cümə, 03 May

Zavod buraxılış tarixi 10 ili keçən avtomobilləri ölkəyə gətirmək İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ!

image

Azərbaycana müxtəlif ölkələrdən yeni avtomobillərlə yanaşı, 2-ci əl avtomobillər də gətirilir.

Müşahidələr göstərir ki, vətəndaşlar həmin nəqliyyat vasitələrindən “Ford, “Chevrolet”, “Mercedes”, “KİA”, “Hyundai” və “Toyota” kimi markalara daha çox meyl edirlər.

Bununla belə, son vaxtlar Almaniya, Cənubi Koreya və Yaponiyaya məxsus markalar əksər hallarda öz ölkəsindən deyil, daha çox okeanın o tayından – ABŞ-dan gətirilir. Nəticədə 2-ci əl avtomobil bazarında “Amerikanka”ların payı xeyli artıb.

Yeni qəbul olunmuş qərara əsasən, gələn ildən etibarən istehsal ili 2014-cü ildən əvvəl olan avtomobillərin ölkəyə girişi qadağan olunacaq. İlin sonuna sadəcə bir il qaldığını nəzərə alaraq qərar qəbul olunmamışdan əvvəl xərici ölkələrdən avtomobil sifariş etmiş vətəndaşların aqibəti isə hər kəsə maraqlıdır.

Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov bildirib ki, yeni ilə bir ay qalmasına baxmayaraq, hətta dekabr ayında sifariş olunan avtomobillər belə maneəsiz şəkildə sahiblərinə çatdırılacaq.

“Ötən il də biz bu halla rastlaşdıq. Sifarişçi Gömrük Komitəsinə avtomobili sifariş etdiyi tarixi göstərdiyi anda düşünürəm ki, artıq ciddi bir problem yaşanmayacaq. 2023-cü ilin son ayında belə sifariş edilibsə, ödənişi həyata keçirilibsə bu avtomobil ölkəyə gələcək. Çünki hər kəsə məlumdur ki, xarici ölkələrdən sifariş verilmiş avtomobillərin Azərbaycana gəlib çıxması 2-3 ay müddət tələb edir. Buna görə də artıq sifariş verilibsə vətəndaş heç bir maneə ilə qarşılaşmayacaq. Təbii ki, vətəndaşlara bu haqda daha tez məlumat verilsə idi daha yaxşı olardı. Lakin bu kimi hallarda maneələr minimuma endirilir, vətəndaş düşünülür”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15