Cümə, 03 May

İsrail kəşfiyyatı HƏMAS-ın məhvi üçün planlar hazırlayıb - Türkiyədə əməliyyat planlaşdırılır

image

İsrail xüsusi xidmət orqanları HƏMAS hərəkatının üzvlərini axtarmaq və məhv etmək üçün çoxillik plan hazırlayır.

Xəbər verilir ki, bu barədə ABŞ-nin “Wall Street Journal” nəşri yazıb.

Qeyd olunub ki, söhbət təkcə Qəzza zolağında deyil, Livan, Türkiyə və Qətərdə olan terrorçulardan gedir.

Bildirilib ki, bəzi İsrail rəsmiləri terrorçuların məhv edilməsi planının hazırlanmasını gizli saxlamağı zəruri hesab etsələr də, İsrailin Baş naziri Benyamin Netanyahu bunu noyabrın 22-də elan edib. O, MOSSAD-a (İsrail Milli Kəşfiyyat Xidməti) HƏMAS liderlərinin harada olmasından asılı olmayaraq, onları məhv etməyi tapşırıb.

Qəzetdə yazılıb ki, İsrailin əsas məqsədi HƏMAS-ı tamamilə məhv etməkdir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15