Cümə, 03 May

“Adam zəhərləmək rusların tipik üslubudur, məni də zəhərlədilər”

image

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovun həyat yoldaşının zəhərlənməsi ilə bağlı məlumatı şərh edərkən “Məni də zəhərlədilər” deyib. 

Məlumata görə, M.Saakaşvili bildirib: 

“Bu, rusların tipik üslubudur. Mən həbsxanada zəhərləndim, alman və amerikan laboratoriyaları bədənimdə ağır metalların olduğunu təsdiqlədi”.

Ötən gün bir sıra Ukrayna mənbələri ölkə hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovun həyat yoldaşı Mariananın zəhərlənməsi və onun orqanizmində ağır metalların olması barədə məlumat yayıb. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəsmi nümayəndəsi Andrey Yusov “bu məlumatı rəsmən təsdiqləyib. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15