Şənbə, 04 May

Bərdədəki yas mərasimində xəsarət alanların sayı 33-ə çatdı - YENİLƏNİB

image

Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 33 nəfər müraciət edib.

Xəbər verilir ki, bu barədə TƏBİB məlumat yayıb.

"1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Müxtəlif növ bədən xəsarətləri və digər şikayətlərlə tibb müəssisəsinin müvafiq şöbələrinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş hesab olunan 26 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 1 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir", - məlumatda qeyd edilib.

*** 14:37

Bərdə rayonunda baş verən bədbəxt hadisə zamanı dünyasını dəyişən şəxsin kimliyi məlum olub.

Əldə etdiyimiz məlumata görə, həyatını itirən şəxs Məmmədova Sarıtel Abbasəli qızıdır.

***

14:26

Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər yerləşdirilib.

Xəbər verilir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd olunub ki, 1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Digər şəxslərin ümumi müayinələri davam etdirilir.

*** 13:53

Bərdə rayonunun Yeni Daşkənd kəndində keçirilən yas mərasimində bədbəxt hadisə baş verib.

Xəbər verilir ki, yas mərasiminə gələn qonaqlar evin ikinci mərtəbəsində olan otaqlardan birində toplaşıblar. Qəflətən döşəmənin çökməsi nəticəsində xeyli şəxs xəsarət alıb.

Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15