Bazar ertəsi, 06 May

Audiovizual Şura Çingiz Abdullayevin təhqir olunmasına rəy bildirdi

image

Audiovizual Şura televiziya kanallarının birində aparıcının Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Xalq yazıçısı Çingiz Abdullayevlə bağlı səsləndirdiyi ifadələrə münasibət bildirib.

Xəbər verilir ki, Şuranın Aparat rəhbəri Fazil Novruzov ATV efirində (13 noyabr 2023-cü il) yayımlanan “Xəbərin olsun” proqramı ilə bağlı danışıb.

F. Novruzov bildirib: “İlkin araşdırmaya əsasən, proqram zamanı aparıcı tərəfindən səsləndirilən fikirlər (xalq yazıçısı Çingiz Abdullayevin kitablarına münasibətdə “Media haqqında” Qanunun 14.1.7-ci maddəsinin tələbinin (şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir) pozulması kimi qiymətləndirilə bilər. Lakin bu halın dəqiq müəyyən olunması məhkəmə predmeti olduğundan həmin proqramla bağlı müvafiq tədbirlərin tətbiq olunması Şuranın səlahiyyətləri xaricindədir.

Eyni zamanda, “Media haqqında” Qanunun 18.1-ci maddəsinə əsasən, media subyektinin fiziki şəxsin şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqda, fikirlər təhrif olunduqda fiziki şəxsin özü və ya nümayəndəsi, hüquqi şəxsin rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin media subyektində 1 (bir) ay müddətində cavab vermək, habelə media subyektindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ var".

Bu hadisə ilə bağlı “Azad Azərbaycan” Müstəqil Tele-radio Kompaniyasına tərəfimizdən irad bildirilib və müvafiq tövsiyələr verilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58