Cümə, 29 Mart

Mikayıl İsmayılov SOCAR-a aylıq 2 mln. zərər vurur

image

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ümumi məsələlər üzrə vitse-prezidenti Mikayıl İsmayılovun adı şirkət daxili qalmaqallarda hallanır. Belə ki,  Mikayıl İsmayılov rəhbərliyində təmsil olunduğu şirkətin “qara kassası” hesab olunur. Kifayət qədər gücə və maliyyə imkanlarına sahib olan Mikayıl İsmayılov SOCAR-ın qaranlıq əməliyyatlarında bütün maliyyə prosesini idarə olunmasına nəzarət edir. Lakin SOCAR-ın qaranlıq fəaliyyətlərini icra edən vitse-prezident şirkətin maliyyə imkanlarını da öz məqsədləri üçün istifadə edir.

Vitse-prezident bu gücü və maliyyə imkanlarını isə SOCAR-ın avtomobil sektorunu öz inhisarına almaqla əldə edib. Mikayıl İsmayılov SOCAR-ın avtomobil parkının balansında 1000-dən çox avtomobili ələ keçirərək nəzarətində saxlayır. Eyni zamanda o, Babək prospektində yerləşən “General Motors Company” avtomobillərinin satışı ilə məşğul olan “GM” avtosalonunun da sahibdir. Bakının Babək prospektində böyük ərazini əhatə edən avtosalonun əsas gəliri SOCAR-a avtomobil satışı və şirkət avtomobillərinə göstərilən servisdir. 

Məhz bu xidmətlər müqabilində avtosalon və şirkətlərin SOCAR-la aylıq 2 mln. manatlıq müqaviləsi mövcuddur. SOCAR-ın orta və yüksək vəzifəli şəxsləri həmin avtosalondan alınmış “Cadillac”, “Chevrolet” və “Chevrolet pickup”, “Buick” markalı bahalı xidməti maşınlarla təmin olunub. Bu bahalı maşınları Azərbaycana gətirilməsi Mikayıl İsmayılov tərəfindən həyata keçirilir. Digər tərəfdən də bu avtomobillər SOCAR-a satılarkən normal satış qiymətidən dəfələrlə dəfə baha sənədləşdirilir. 

“GM” avtosalonla bağlanmış müqaviləyə əsasən texniki servis xidmətləri üçün SOCAR hər ay Mikayıl İsmayılova 2 mln. manat ödəyir. Bu vəsaitin böyük bir hissəsi, eyni zamanda dəyərindən qat-qat artıq qiymətə sənədləşdirilmiş bahalı xidməti maşınların satışından əldə olunan gəlir isə şəxsən Mikayıl İsmayılova çatır. 

Eyni zamanda Mikayıl İsmayılov SOCAR-ın balansında olan bütün avtomobilləri özünə məxsus yağ firmalarının məhsulları ilə təmin edir. Belə ki, şirkətin balansında olan bütün bu avtomobillərə göstərilən texniki xidmət zamanı “Repsol”, “Dew”, “Ekcellent”, “Maqnium” markalı motor yağlarından istifadə edilməlidir. Bu yağların ölkəyə gətirilməsini də yalnız Mikayıl İsmayılov həyata keçirə bilər.

Mikayıl İsmayılovun birbaşa adının hallanmadığı və SOCAR-la əlaqəli bir çox şirkətləri də mövcuddur. Bu şirkətlər bütün satınalma qaydalarını pozaraq SOCAR-ın podratçı şirkətlərinə çevriliblər. Bu şirkətlərdən biri “Olerni LTD” şirkətidir. Şirkətin təsisçisi Akif İmanov adlı şəxs olmasına baxmayaraq bütün haqları Mikayıl İsmayılova məxsusdur. SOCAR-ın əsas təchizatçılarından olan şirkətin fəaliyyəti kranların, neft-qaz separatorların, yanğın təhlükəsizliyi sisteminə aid olan köpükqarışdırıcıların istehsalı texniki xidməti və təmirini həyata keçirməkdən ibarətdir. Həmçinin təchizat sahəsində formal rəqabət yaratmaq üçün Mikayıl İsmayılova məxus olan bir digər şirkət “Kapital Motors” da oxşar xidmətləri göstərir.
 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45