Çərşənbə axşamı, 14 May

Gədəbəydə Ermənistanla həmsərhəd ərazidə yanğın zamanı mina partlayıb

image

Ermənistan-Azərbaycan sərhəddinin Gədəbəy rayonu Novoivanovka kəndinə yaxın ərazidə baş verən yanğın zamanı mina partlayıb.

Xəbər verilir ki, yanğın hələ də davam edir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları, canlı qüvvəsi və digər qurumların əməkdaşları cəlb olunub.

Yanğın həmsərhəd ərazidə baş verdiyindən, həmçinin mina təhlükəsi nəzərə alınaraq yanğına tam müdaxilə etmək hələlik mümkün olmayıb. Amma alovun Novoivanovka kənd ərazisinə keçməməsi və təhlükənin artmaması üçün tədbirlər görülür.
 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00