Bazar, 05 May

İnsanlar tanımadığı adama niyə ailə sirlərini etibar edir? - Psixoloqların gizli açarı

image

Son illərdə, necə deyərlər, daşı atırsan, psixoloqa dəyir. Bu peşə ilə məşğul olanların sayı durmadan artır. İnsan qəlbini oxumaq və onlara yol göstərməklə məşğul olan bu şəxslərin peşə səriştələrini harada və necə aldıqlarına dair xeyli əsaslı şübhələr olsa da, psixoloqlara edilən müraciətlərin sayı durmadan artır. Bir çox hallarda onlar məhz medianın, əsasən, telekanalların hesabına özünə xal toplayır.

Psixoloq Könül Əhmədova bunun səbəblərini açıqlayıb.

O bildirib ki, psixoloqlara müraciət edən şəxslər artıq bu sahənin mütəxəssislərinə sirlərini açmaqda daha çox güvənir:

“Əvvəlki illərə nisbətən, hazırda psixoloqlara müraciət daha çox artıb. Əvvəl bu sahəyə və bu sahədə çalışan şəxslərə inam az idi. Ancaq indi münasibət dəyişib.

İnsanlar, ən çox da gənc ailələrin bir-birini başa düşməməsi, yaxud sevgi olmadan qurulan ailələrdə yaranan problemlər, valideynlər arasındakı mübahisələrdə ailədaxili münasibətlərin pozulması zəminində yaranan problemlər zamanı psixoloqa müraciət edirlər. 

Davamlı rastlaşdığımız hallar əsasən uşaqların ailədəki münaqişələrə məruz qalması ucbatından yaranan fobiyalardır. Belə olan halda uşaqlar cəmiyyətə inteqrasiya ola bilmir və sosiallaşmaqdan yayınır, özlərini doğru ifadə etməyi bacarmırlar”.

K. Əhmədova qeyd edib ki, yaranan problemlərin, münaqişələrin təməlində gənclərin vaxtından əvvəl ailə qurması, onların sərbəstliyinin təmin olunmaması dayanır:

“Belə hallara görə ailələr dağılmağa başlayır. Bunun qarşısını almaq üçün psixoloqa mücariət edən zaman əksər hallarda müsbət nəticələr əldə edilir. 

Doğrudur, uşaqda yaranan fobiyaları isə korreksiya etmək olduqca çətindir. Çünki uşaq təxəyyülü, qavrama qalıcıdır. Bu da böyüdükcə onlarda problemlər yaranır. Həmin problemləri həll etmək üçün ana, ata, nənə, baba, bibi, xala və s. şəxslərə tövsiyələr veririk. Elə ailələr var ki, bu məsləhətləri dəyərləndirir və bu zaman sözügedən məsələlər öz həllini tapır”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15