Cümə axşamı, 07 Dekabr

Azərbaycanlı polis rəisi rüşvətə görə tutuldu: Tanınmış şəxsin oğludur - FOTO

image

Dağıstan Daxili İşlər Nazirliyinin istintaq idarəsinin rəisi Rüfət İsmayılovun evində və iş otağında axtarış aparılıb.

Xəbər verilir ki, onun hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasının səbəbi hələlik açıqlanmayıb. Lakin onun rüşvətxorluqda şübhəli bilindiyi deyilir.

Qeyd edək ki, teleqram kanallarında İsmayılovun müavini Dalqat Abdulqapurovla birlikdə Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən dindirilmək üçün Moskvaya aparıldığı barədə məlumat yayılıb.

Xatırladaq ki, İsmayılov Dərbənddə anadan olub və Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Nijni Novqorod Akademiyasını bitirib. Daha sonra Dərbənd Şəhər Daxili İşlər Şöbəsinin istintaq işi üzrə rəis müavini vəzifəsində çalışıb. Rüfət İsmayılov 2019-cu il dekabrın 4-də nazir müavini vəzifəsinə təyin edilib və bir neçə ay bu vəzifədə çalışıb.

Məlumata görə, İsmayılov Dərbənd Azərbaycan diasporunun nüfuzlu simalarından olan hakim Hikmət İsmayılovun oğludur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Kim Çen In ağladı 

  • 06.12.2023 - 09:39
image

Alla Puqaçova Londona köçür

  • 05.12.2023 - 11:52
image

Qəzza ilə əlaqə kəsildi

  • 04.12.2023 - 18:26
image

Vatsapda bu da mümkün olacaq

  • 04.12.2023 - 18:06
image

Sabah yağış yağacaq

  • 04.12.2023 - 14:15
image

Lukaşenko Çinə gedir

  • 03.12.2023 - 13:50
image

Rüfət Muradlı saxlanıldı

  • 02.12.2023 - 15:26