Vətəndaşı videosunu sosial şəbəkədə yayacağı ilə hədələyən şəxs SAXLANILDI
Vətəndaşı videosunu sosial şəbəkədə yayacağı ilə hədələyən şəxs SAXLANILDI
Paytaxt sakini polis orqanına müraciət edərək naməlum şəxsin onun videogörüntülərini sosial şəbəkədə yayacağı ilə hədələyib 1 170 manatını almasını bildirib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri ilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Qobustan rayon sakini Nail Rəcəbov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Azadsoz.com