Çərşənbə, 15 May

Jirinovskinin adını daşıyan PUA-lar istehsal olundu

image

Rusiya Liberal Demokrat Partiyasının (LDPR) mərhum qurucusu Vladimir Jirinovskinin adını daşıyan pilotsuz təyyarələr istehsal olunub. 

Xəbər verilir ki,bu barədə Rusiya KİV-ləri məlumat yayıb. 

 Bildirilir ki,  PUA-ların ilk partiyası Rusiya hərbçilərinə təhvil verilibş

"Ordunun ehtiyacları üçün 10 PUA siyasətçinin rəhbərlik etdiyi partiyanın sifarişi ilə hazırlanıb", - KİV-lərdən biri yazıb. 

PUA-nın  tərtibatçıları, Rokot Center 33-ün könüllüləri pilotsuz təyyarənin bütün hava şəraitinə uyğun imkanlarını qeyd ediblər. Onların fikrincə, “Jirinovski” qarda və yağışda uça bilir. Pilotsuz təyyarənin uçuş məsafəsi 12 kilometrə qədərdir.

"Qurğu artıq döyüş şəraitində sınaqdan keçirilib.  “Jirinovski” xüsusi əməliyyat zonasında Ukrayna hərbçilərinin mövqelərinə zərbələr endirir", -  KİV əlavə edib. 

Qeyd edək ki, 2022-ci ilin aprelin 6-da Rusiya liberal-demokrat partiyasının sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski uzun sürən xəstəlikdən sonra vəfat edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00