Çərşənbə, 01 May

Kadırov övladları çeçen dilini bilməyən məmurları işdən çıxaracaq

image

Çeçenistan rəhbəri Ramzan Kadırov övladları çeçen dilini bilməyən məmurları işdən çıxaracaq.

Xəbər verilir ki, "Kadırovun komandasının rəsmiləri uşaqlarına erkən yaşlarından çeçen dilini öyrətməyə borcludurlar" -Çeçenistan rəhbəri deyib:

“Komandamızın bütün nümayəndələrinə müraciət etmək istəyirəm, əgər sizi ziyarət edərkən həmkarımın övladlarının ana dilini bilmədiyini görsəm, onu dərhal komandamızdan kənarlaşdırıb onunla bütün əlaqələri kəsəcəyəm. Bəli, uşaq rus, ingilis və digər dilləri bilməlidir. Amma ilk növbədə onlara ana dilini öyrətməliyik”.

Kadırov əlavə edib ki, “valideynlər övladlarını rus dilində bir neçə kəlmə danışanda həvəsləndirirlər və nəticədə uşaqlar çeçencə düşünməyi dayandırırlar və bunsuz onlar çeçen ola bilməzlər”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15