Cümə, 03 May

Odessanın liman infrastrukturu ciddi ziyan görüb

image

Rusiya aviasiyasının hücumu zamanı baş verən partlayışlar nəticəsində Odessada yerləşən liman infrastrukturu zədələnib.

Xəbər verilir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin (USQ) “Cənub” əməliyyat komandanlığının nümayəndəsi Natalya Qumenyuk məlumat verib. Xanım Qumenyuk “Rada” telekanalının efirində bildirib ki, anbarlar, xüsusi yükləmə texnikası və taxıl daşıyan maşınlar zədələnib.

İtkilər və digər dağıntılar barədə məlumat yoxdur.

Qeyd edək ki, sentyabr ayı ərzində Odessada liman infrastrukturu bir neçə dəfə hücuma məruz qalıb. Sentyabrın 6-da kənd təsərrüfatının infrastruktur obyektlərinə ziyan dəyib. Sentyabrın 26-da liman infrastrukturunun zədələnməsi nəticəsində iki nəfər xəsarət almışdı.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15