Bazar ertəsi, 06 May

Həbs olunan Dilan Polat və ərindən inanılmaz açıqlamalar

image

Çirkli pulların yuyulması və vergidən yayınma kimi ittihamlarla barələrində başlanan istintaq çərçivəsində həbs edilən Engin Polat və Dilan Polatın ifadələri üzə çıxıb. 

Xəbər verilir ki, Dilan Polat polis idarəsində 'Polat' soyadlı şəxslərin ərinin qohumları, "Doğu" soyadının isə öz qohumları olduğunu və digər şübhəliləri tanımadığını bildirib:

“Ortaq olduğum şirkətlər gözəllik mərkəzləridir. Biz qadınlara gözəlliklə bağlı xidmətlər təqdim edirik. Mən reklamın üzüyəm. Ailə şirkətlərimiz üçün məhsul tanıtım reklamları və filial reklamları çəkirəm. Öz gözəllik mərkəzimdə işçilərin təlimi və nizam-intizamı ilə maraqlanıram. Əsas işim reklamdır. Mən sadəcə reklamla məşğulam”. 

İki azyaşlı övladının olduğunu deyən Dilan Polat övladlarının ona çox bağlı olduğunu, şirkətlərlə bağlı maliyyə məsələlərindən xəbərinin olmadığını qeyd edib: 

“Saxta faktura və ya neylon faktura kimi şeylərə marağım yoxdur. Hesab-fakturaları necə yazacağımı belə bilmirəm, biznesimizin kommersiya tərəfi ilə həyat yoldaşım məşğul olur. Mənə qarşı irəli sürülən cinayətləri mən törətməmişəm və onlarla heç bir əlaqəm yoxdur. Qərar verilsin ki, həbssiz mühakimə olunum". 

Engin Polat açıqlamasında bunları deyib:

“Mən əvvəllər də bu məsələ ilə bağlı açıqlama vermişəm. Həmin ifadəni dəqiqliklə təkrar edirəm. Polat soyadlı şübhəlilər mənim qohumlarımdır. Doğu soyadlı şübhəlilər həyat yoldaşımın qohumlarıdır, Ahmet Gün maliyyə məsləhətçimizdir, Beyza və Ceydanı tanımıram. Gürsel Yılmaz əmim, Metin Yılmaz da dayım, Nilgül Yılmaz Metin Yılmazın həyat yoldaşıdır.

Həyatımda heç vaxt mərc etməmişəm. Əvvəlki yaşayış yerim sistemdə qeydiyyata alınıb. Ünvanımı 10-15 gün əvvəl atamın ünvanına köçürdüm ki, bu hadisələr baş verəndə mənə xəbər verməkdə problem olmasın. Mənə qarşı irəli sürülən ittihamları qəbul etmirəm, günahsızam. Vergi xətası olsa belə, cəriməni ödəməyə hazıram. Qərara alınsın ki, həbssiz mühakimə olunum ". 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58