Çərşənbə axşamı, 14 May

Bu şəxslərin maaşı artırılacaq

image

Azərbaycanda təhsil müəssisələrində psixoloqlar Nazirlər Kabinetinin qərarına əsasən təyin edilir.

Xəbər verilir ki, bunu Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanunun müzakirəsi zamanı təhsil nazirinin müavini İdris İsayev deyib.

O qeyd edib ki, şagird sayı 1000 nəfər olanda 1 ştat vahidi, 1-3 min arası olanda 2 ştat vahidi, 3 mindən yuxarı şagird sayı olanda isə 3 ştat vahidi müəyyən olunur.

Psixoloqun maaşının müəllimin maaşından az olması məsələsinə gəlincə isə nazir müavini bildirib ki, müəllimlərin əmək haqqı məsələsi xüsusi sxemlə, psixoloqların əmək haqqı məsələsi isə vahid tarif cədvəli əsasında ödənilir. Ona görə də fərq olur.

Nazir müavini bildirib ki, növbəti dövrdə fərqin aradan qaldırılması təmin ediləcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00