Şənbə, 04 May

Mikayıl İsmayılovun siyasi əxlaqsızlığı

image

Son günlərdə sosial şəbəkələrdə SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun qaranlıq fəaliyyəti və biznes şəbəkələri haqqındakı faktların əks olunduğu yazılara rast gəlinir. Müxtəlif xəbər saytları və səhifələr vitse-prezidentin sahib olduğu şirkətlər, avtomobil salonları, rəngarəng şəxsi həyatı və maliyyə maxinasiyaları barəsində məlumatlara yer verir.

Lakin görünən odur ki, bəzi faktların ortaya çıxması Mikayıl İsmayılovu ciddi şəkildə narahat edib. Belə ki, sözü gedən faktların yer aldığı yazıların paylaşılmasından dərhal sonra Mikayıl İsmayılovun tapşırığı və maliyyə dəstəyi ilə başda “Azad Söz” olmaqla bir sıra xəbər saytları kiber hücumlara məruz qalıb.

Texniki heyətimiz tərəfindən hücumların qarşısının alınmasına baxmayaraq, günlərdir davam edən ardıcıl hücumlar “Azad Söz”-ün fəaliyyətində fasilələrə səbəb olur.

Mütəxəssislərimiz tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, bu faktların yer aldığı yazıların saytlardan və sosial şəbəkələrdən silinməsi üçün kampaniya şəxsən Mikayıl İsmayılov tərəfindən başladılıb. Hətta bu iş üçün Mikayıl İsmayılovun tapşırğı ilə xüsusi texniki komanda formalaşdırılıb. Nəticədə, “Azad Söz”-lə yanaşı Mikayıl İsmayılovla bağlı faktların paylaşıldığı bütün hesablar hədəf alınıb.

Apardığımız araşdırmalar nəticəsində Mikayıl İsmayılovun maliyyə təmin etdiyi və kiber hücum işini həyata keçirməyi tapşırdığı texniki komandanın kimlərdən ibarət olduğu və harda fəaliyyət göstərdikləri də artıq müəyyənləşdirilib.

Diqqət çəkən bir digər məqam isə bütün bu faktlara baxmayaraq Mikayıl İsmayılovun öz səssizliyini qoruması və qanunsuz yollara əl atmağa çalışmasıdı. SOCAR vitse-prezidenti qaranlıq əməlləri və biznesləri ilə bağlı yayımlanan faktların heç biri haqqında hər hansı formada təkzib verməyib. Əksinə kiber hücumlar təşkil etməklə bu faktların doğruluğunu özü əməli ilə sübut etmiş olur.

Dünyanın inkişaf etmiş bir sıra ölkələrində hər hansı vəzifəli şəxs haqqında bu cür faktların ortaya çıxması, adının qaranlıq işlərdə hallanması onun istefası ilə nəticələnir. Ən azından siyasi əqidəsi və əxlaqı olan məmurlar istefa verməyi bu utancla yaşamaqdan üstün tuturlar. Lakin təəssüflər olsun ki, Mikayıl İsmayılov nəinki bu barədə düşünür, əksinə külli miqdarda maliyyə yatırmaqla saytlara və sosial şəbəkə hesablarına hücum kampaniyası təşkil edir.

Qeyd etmək istəyirik ki, istər “Azad Söz”-ə qarşı kiber hücum həyata keçirən komanda haqqında istərsə də Mikayıl İsmayılovun özü haqqında əlimizdə yetəri qədər faktlar mövcuddur. Növbəti yazılarımızda da ardıcıl olaraq bu faktları oxuculara təqdim edəcək, Mikayıl İsmayılovun qaranlıq fəaliyyətinin bir çox gizlin məqamlarını aşkara çıxaracağıq. (Azadsoz.com)

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15