Cümə, 03 May

Hakimlər 10 min manatdan az maaş almamalıdır - Deputat 

image

“​Hakimlərin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının maaşlarının artırılmasına diqqət yetirilməlidir”. 

Xəbər verilir ki, bu fikirləri deputat Qüdrət Həsənquliyev büdcə müzakirələri deyib. 

“Mən polislərin maaşı məsələsini parlamentdə qaldıranda cavab verdilər ki, polislər maaşlarından razıdır. Amma mən millət vəkili olaraq özümə borc bilirəm xatırladım ki, gizli sorğularda polislərin maaşlarından ciddi narazı olması baradə məlumatlar var. Hakimlərin sayı onsuz da azdır. Hakimlər 10 min manatdan az maaş almamalıdır. Ədalət olmayacaqsa, qarşıda duran problemlər həll olunmayacaq. 

Bu yaxınlarda Ali Məhkəmə hakimləri ilə söhbət edirdim. Deyirlər ki, biz aparatı Ali Məhkəmə hakimlərinin işinə kömək məqsədilə yaratdıq, amma xarici səfərə gedəndə aparatın rəhbəri biznes-klasda gedir, biz ekonom-klasda” , - deyə deputat bildirib. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15