Bazar ertəsi, 06 May

Azərbaycanda taksi sürücüləri 8 saatdan çox işləyə bilməyəcək – Qayda sərtləşdirilir

image

“Taksi sürücülərinin iş saatı 8-10 saatdan çox olmamalıdır”.

Xəbər verilir ki, bu barədə nəqliyyat eksperti Elməddin Muradlı açıqlama verib. Ekspert bu sahədə nəzərdə tutulan islahatlardan danışıb:

“Taksilərin fəaliyyəti bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində bir sıra islahatlar aparılır.

Başqa bir məsələ isə, taksi sürücülərinin iş saatına və rejiminə nəzarətdir. Müxtəlif proqramlar üzərindən bu prosesin həyata keçirilməsi nəzərdə tutulur. Bütün taksi şirkətləri hər bir sürücü barədə real vaxt rejimində sözügedən nazirliyə mütəmadi olaraq məlumat verməlidir. Burada sürücünün şəxsi məlumatları, iş rejimi, saatı barədə informasiyalar öz əksini tapmalıdır. Bu olduqca yaxşı haldır.

Belə olduğu zaman taksi fəaliyyətinə nəzarət mümkün hala çevrilir. Həmçinin, taksi şirkətləri də sürücülər barədə daha məlumatlı olacaqlar. Həmin şirkətlərdən tələb olunur ki, taksi sürücülərinin iş saatı 8-10 saat arası olsun. Bu limit aşılmamalıdır. Nəzərdə tutulan müddət başa çatdıqdan sistem sürücünü bloklamalı və o, öz xoşu ilə deyil, məcburi qaydada işini sonlandırmalıdır.

Düşünürəm ki, çıxış yolu yalnız bu üsuldur. Hətta həmin fikir olduqca müsbət tendensiya formalaşdıracaq və sürücüləri istirahət etməyə vadar edəcək. Çünki bu qaydalar tövsiyə xarakterli olduğunda o qədər də effektiv təsir göstərmir”.

Elməddin Muradlı sistemə qoşulmayan sürücülərin hansı qaydada fəaliyyət göstərəcəyini də bildirib:

“Sistemə qoşulmayan taksi sürücülərinin üzərinə qanunla öhdəlik qoyulur. Bu ondan ibarətdir ki, taksilərdə taksometr cihazı quraşdırılmalıdır. Sürücü üçün iki seçim var. Ya hansısa şirkətlə işləməli, yaxud müstəqil qaydada nəqliyyat vasitəsinə taksometr quraşdırmalıdır. Taksometr cihazı sayəsində onların iş və istirahət saatı nəzarətdə olacaq”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58