Şənbə, 20 Aprel

Keçmiş nazirlər hardadır? 

image

Bütün Azərbaycan Norvuz bayramını qeyd etdiyi və ötən ilin dərdini qəmini unutduğu bir vaxtda heç kəsin yadına düşməyən bəzi şəxslərə nəzər salmaq istəyirik. Söhbət vəzifədən uzaqlaşdırılmış keçmiş nazilərdən gedir. Biz isə həmən bu keçmiş nazirləri yada salmaq istəyirik ki, həm onların bayramlarını təbrik edək, həm də keçmiş nazirlər xalqımızın diqqətindən narazı qalmasınlar. Düzünü desək keçmiş nazirlərin indi harda və nə işlə məşğul olduqları barəsində məlumat tapmaq elə də asan olmadı.

Başlayaq keçmiş nəqliyyat naziri Ziya Məmmədovdan. Təxminən bir neçə ay əvvəl keçmiş nəqliyyat naziri Ziya Məmmədov “Nizami” metrostansiyasının yaxınlığında, Xarici İşlər Nazirliyinin arxasında yerləşən tikilidəki 250 kv.m sahəsi olan mənzilini 750 min manata satışa çıxarmaqla gündəmə gəlmişdi. Bir çox media qurumları bu xəbəri Ziya Məmmədovun əksər keçmiş məmurlara xas mal mülkünü satıb xaricə getmək planı kimi qələmə vermişdi. Deyəsən, oğlu Anar Məmmədovla birgə xaricə köçmək və orda yaşamaq istəyən Ziya Məmmədovun arzusu gözündə qalıb. 

Hazırda Ucardakı evimdə yaşadığını və burada kənd təsərrüfatı ilə məşğul olduğunu qeyd edən sabiq nazir, artıq başqa fəaliyyət növünün olmadığını bildirib. ”Rayonda arpa, buğda, yonca əkirəm. Mal-qaram var, dolanmaq lazımdır. İndiki dövrdə dolanmaq asan deyil. Təsərrüfatımda insanlar işləyir. Bu həmin ərazidə yaşayan insanların işlə təmin olunmasına dəstəkdir. Mən təbiətcə bekar qalmağı xoşlayan adam deyiləm. İşləmək istəyən insanlar üçün gözəl şərait qurulub. Cənab prezidentə bu cür şərait qurduğuna görə təşəkkür edirəm”, deyə keçmiş nazir qeyd edib.

Keçmiş xarici işlər naziri Elmar Məmmədyarovu isə tapmaq heç cür mümkün olmadı. Bir ara mətbuatda ABŞ-da dəbdəbəli toy etdiyi övladlarının yanında gedəcəyi ilə bağlı iddialar səsləndə də, bunun doğru olmadığı aydındır. Çünki nazir olduğu vaxtlar pandemiya səbəbi ilə evdən işlədiyini qeyd edən sabiq nazirin, Britaniya ştammının yayıldığı bir vaxtda xaricə səfər etmək istəyəcəyi heç də ağlabatan deyil. 

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri general-polkovnik Eldar Mahmudov haqqında da ətraflı məlumat çox azdır. Eldar Mahmudov əmisi oğlu, həm də cinayət ortağı Vüqar Mahmudovun həbsdə olması səbəbi ilə ölkəni birdəfəlik tərk edə bilmir. Bu Eldar Mahmudovun ölkədən çıxardığı 5 milyard dolları geri qaytarması öhdəliyi ilə əlaqəlidir. Görünür, Eldar Mahmudov da bu şərtlə razılaşıb - müəyyən qədər bağışlanması müqabilində ölkədən çıxardığı kapitalın böyük hissəsini qaytarmağa çalışır. Lakin bu əməliyyat mərhələli şəkildə həyata keçirilir. İddialara görə, Eldar Mahmudov pulların geri qaytarılması işi ilə şəxsən məşğul olur. Lakin oğurlanan pulların həcmi o qədər böyükdür ki, günü bu gün də proses davam edir.

Bir müddət əvvəl vəzifəsindən azad edilən keçmiş mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə biznes fəaliyyəti ilə məşğuldur. Məlumatlara görə Əbülfəs Qarayev bu günlərdə Çenoqoriyada yerləşən otellərinin yaz mövsümunə hazırlıq işləri ilə məşğuldur. Belə ki, vəzifəsindən azad edildikdən sonra çoxsaylı biznes şəbəkəsinin və obyektlərinin olduğu ortaya çıxan sabiq nazirin, mədəniyyət sahəsindəki “uğurlarını” biznes sahəsində də təkrarlamaqda qərarlı olduğu görünür. 

İtkin nazirlərdən bir digəri də keçmiş Rabitə və yüksək texnologiya naziri Əli Abbasovdur. Aftafa.tv-nin əldə etdiyi məlumatlara görə, keçmiş rabitə naziri hazırda Elmar Akademiyasında direktoru olduğu İdarəetmə sistemləri institutunda “maaşa” işləməyə davam edir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20