Çərşənbə, 15 May

15 uşaq anası insan alverinə görə saxlanılıb

image

Polis insan alverində təqsirli bilinən 47 yaşlı 15 uşaq anasının 30 yaşlı şərikini saxlayıb.

Xəbər verilir ki, bu barədə Moskva prokurorluğunun nümayəndəsi Lyudmila Nefedova məlumat verib.

İstintaqın məlumatına görə, saxlanılan şəxs - 30 yaşlı qadın 2015-ci ilin aprelində qız, 2016-cı ilin martında isə oğlan uşağı dünyaya gətirib və körpələrin surroqat ana tərəfindən doğulduğuna dair qanunsuz sənəd düzəldib, sonradan uşaqları qanunsuz şəkildə 47 yaşlı rusiyalı qadına satıb, o isə öz növbəsində övladlığa götürmə qanunlarını pozub.

Shot Telegram kanalının məlumatına görə, istintaq aydınlaşdırıb ki, övladlarını satan “surroqat ana” Özbəkistan vətəndaşıdır. Hazırda polis cinayət ortağının aldığı məbləği müəyyənləşdirir.

Bundan əvvəl Moskvada 15 uşağı olan 47 yaşlı qadın bəzi azyaşlıların qohumluğu ilə bağlı sənədləri saxtalaşdırdığına görə saxlanılmışdı.

Müstəntiqlər onu Cinayət Məcəlləsinin 127.1-ci (“Təqsirkarın köməksiz vəziyyətdə olduğu məlum olan yetkinlik yaşına çatmayanlara qarşı insan alveri”) maddəsinin 2-ci hissəsinin “a”, “b”, “h” bəndləri ilə şübhəli bilirlər. Rusiyalı qadının 44 yaşlı şəriki də saxlanılıb.

Onun mənzilində axtarış zamanı saxta qumbaralar və qaz tapançası tapılıb. Eyni zamanda uşaqlar ondan alınıb və nənələrinə verilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00