Çərşənbə, 15 May

79 yaşında ata olan Robert De Niro: “Ağır yük qaldırmıram amma sevgilimə dəstək oluram” - FOTO

image

79 yaşında 7-ci dəfə ata olan məşhur aktyor Robert De Niro ilk dəfə yeni doğulan körpəsindən danışıb.

Xəbər verilir ki, o "The Guardian"a müsahibəsində körpəyə baxmağın çətin olduğunu bu səbəblə də bunu uşağının anası 45 yaşlı Tiffani Çene həvalə etdiyini bildirib:

"Həyatda uşaq sahibi olmaq heç vaxt asan iş olmadı. Amma bu vacib deyil. Ağır yükü mən qaldırmıram amma yenə də ordayam. Sevgilimə dəstək oluram. O bu işin öhdəsindən gəlir, əlavə kömək edənlər də olur. Təbii ki, artıq mənim yaşımda ölüm haqqında fikirləşirsən. Bu düşüncələr məni dayandıra bilməz amma bunu fərqindəyəm. Həyat qısadır. Yaxın iki il ərzində etməyi düşündüyüm hər nə varsa gərək indilərdə edim".

Qeyd edək ki, aktyorun 7-ci övladı hazırda 6 aylıqdır. De Niro ona Ciya adını verib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00