Çərşənbə, 15 May

Bu ölkədə hər günün öz rəngi var

image

Tailandın baş naziri Settha Thavisin Pekində Rusiya prezidenti Vladimir Putinlə görüşə çəhrayı corab geyinərək gəlməsi dünyada gündəm olub. 

Xəbər verilir ki, Taylandda inanc və adətlərə görə, həftənin hər gününün özünəməxsus uğurlu bir rəngi var.

Hələ də orada günlər rənglərlə qeyd olunur və gizli mənaların olduğu deyilir. Bu rənglər insanların gündəlik həyatına təsir göstərir, təkcə inanclara görə deyil, bir çox taylandlı rəngin onların qavrayış və hisslərinə təsir etdiyini düşünür. 

Rənglərin Taylandda tarixi və dini baxımdan nəyi təmsil etdiyini təqdim edirik: 

Bazar - Qırmızı. Bu gün Tailandda birinci gündür. Tarixi qeydlərə görə, kainatın başlanğıcından bəri hindu inancında əsas Tanrı olan Phra Isuan 6 aslanı qırmızı parça vasitəsilə Günəşə çevirib. 

Bazar ertəsi sarı rənglə təmsil olunur. Sarının bütün hallar üçün şanslı olduğuna inanılır. Hind mifologiyasına görə, tanrıları 14 mələyin tozunu sarı parçaya bükərək Ayı yaradıb. 

Çərşənbə axşamı - Çəhrayı. Eyni mifə görə, çəhrayı rəng Saturn Planetinin yaradılışını təmsil edir. 

Çərşənbə - Yaşıl. Tailandda yaşıl rəng çərşənbə günü geyilir. O, Pluton planetinin yaradılışını ifadə edir.

Cümə axşamı - Narıncı. Bu rənglə Mars Planetinin yaradıldığına inanılır.

Cümə - Açıq Mavi. Bu gün də Venera planetinə işarədir.

Şənbə - Bənövşəyi.  

Əvvəllər bir çox insan həmin günlə əlaqəli rəngi geyinərdi. İndi bu hal qədər də çox baş vermir, amma hələ də köhnə ənənənin əlamətləri var. Hazırkı Tayland Kralı bazar ertəsi anadan olub və həmin gün sarı paltar geyinərək, doğulduğu günü qeyd edir. Kralın bayrağı da eyni səbəbı görə sarıdır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00