Cümə, 03 May

Ermənilər Qarabağda partizan müharibəsinə başlayır?

image

“Prezidentin Qarabağdakı quldur dəstələri bağlı səsləndirdiyi fikirlərdə söhbət mütəşəkkil müqavimət göstərə biləcək qruplaşmalardan getmir. Amma ayrı-ayrı silahlıların müqavimət ocaqlarının Xankəndinin özündə və yaxud ətrafında qalmadığını kimsə dəqiq deyə bilməz”.

Bu sözləri ehtiyatda olan hərbçi Ədalət Verdiyev deyib.

O, Xankəndidə üçrəngli Azərbaycan bayrağının dalğalandırılmasından sonra bölgədə gizlənmə ehtimalları hələ də qalan silahlı ermənilərin müqavimət göstərəcəkləri ilə iddialar münasibət bildirib.

Ə. Verdiyevin sözlərinə görə, bu barədə dəfələrlə xəbərdarlıq edilib:

“Cənab Prezident də vurğulamışdı ki, antiterror tədbirlərindən sonra belə  müqavimət göstərilib. Hazırda silahların demək olar ki, böyük əksəriyyəti yığılıb və silahlılar da ərazidən çıxarılıb. Amma ayrı-ayrı şəxslərin meşədə, sığınacaqda, dağda-dərədə, tuneldə, evin damında, yaxud da ki, çardaq və ya zirzəmidə gizlənməsini, eləcə də onun silaha malik olduğunu istisna etməməliyik.

Bu məqsədlə əraziyə təyin olunan polis general-mayoru Sərdar Səfərov müvafiq proseslərə nəzarət edəcək, ehtiyac yaranan ərazilərdə də güc strukturlarının əməkdaşları zəruri tədbirləri həyata keçirəcək. Amma hələlik “burada 1 nəfər də olsun silahlı qalmayıb” deyə bilmərik”.

Ekspertin sözlərinə görə, bu gün Qarabağda hansısa bir əməliyyatın keçirilməsinə ciddi zərurət yoxdur:

“Çünki Azərbaycanın istintaq təcridxanalarında 10-a yaxın separatçı ifadələr verir. ərazidə bir çox erməni vətəndaş qalmaqdadır. Onların ifadələri, yaxud onlardan əldə olunan məlumatlar əsasında zəruri tədbirlər həyata keçiriləcək. Burada narahatedici bir səbəb görmürəm. Ümumiyyətlə, Azərbaycana qarşı müqavimət ehtimalı ayrı-ayrı şəxslər tərəfindən ola bilər. Mütəşəkkil bir müqavimətdən isə söhbət gedə bilməz”.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15