Bazar ertəsi, 06 May

Hotel otağından qadını yerə atıb öldürən şəxsin məhkəməsi başlayır

image

Fevralın 16-da 1997-ci il təvəllüdlü Sücayət İbrahimovanın paytaxtın Nəsimi rayonunda yerləşən hotellərdən birinin pəncərəsindən yıxılaraq xəsarət alması faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Xəbər verilir ki, Nəsimi rayon prokurorluğunun yaydığı məlumatda, istintaqla 1995-ci il təvəllüdlü Şükür Qənbərovun qeyd edilən tarixdə aralarında yaranmış mübahisə zamanı Sücayət İbrahimovanı döyməsi, daha sonra onu öldürmək niyyətilə hotelin altıncı mərtəbəsində yerləşən otağın pəncərəsindən aşağı ataraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyi bildirilib.

Şükür Qənbərova Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58