Şənbə, 04 May

Bakıda piyada keçidindən keçməyən qadını maşın vurdu - ANBAAN VİDEO

image

Bir neçə metr yaxınlıqda piyada keçidi olmasına baxmayaraq yolun müəyyən olunmayan hissəsindən keçən piyadanı minik avtomobili vurub.

 Xəbər verilir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yol-nəqliyyat hadisəsi bu gün axşam saatlarında paytaxtın Xətai rayonu, Yusif Səfərov küçəsində baş verib.

Müşahidə kameralarının qeydə aldığı görüntülərə əsasən deyə bilərik ki, xüsusilə də Yusif Səfərov küçəsində yeraltı və nizamlanan piyada keçidləri olmasına baxmayaraq bəzi piyadalar yolun hərəkət hissəsindən istifadə etməklə yolu keçirlər.

Belə olduqda da təəssüflər olsun ki, piyadaların vurulması ilə nəticələnən qəzaların baş verməsi qaçılmaz olur.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bir daha piyadaları piyada keçidlərindən istifadə etməyə çağırır.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15