Şənbə, 04 May

İsraildə HƏMAS-ın hücumu nəticəsində ölənlərin sayı 1300-ə çatıb - YENİLƏNİB

image

Fələstinlə münaqişə nəticəsində həlak olan israillilərin sayı 1300-ə çatıb, 3,7 min nəfər yaralanıb.

Bu barədə İsrailin Rusiya Federasiyasındakı səfiri Aleksandr Ben Svi bildirib.

“Hələlik heç kim dəqiq bilmir. İndiyədək haradasa 1300 ölü, 3,7 min yaralı var və 150-yə yaxın insan itkin düşüb, yaxud da HƏMAS-ın əlindədir. Biz kimin harada olduğunu dəqiq bilmirik, çünki hələ də siyahı vermirlər”, - səfir qeyd edib.

Diplomatın sözlərinə görə, ümumilikdə son üç gün ərzində İsrailə 6 minə yaxın raket atılıb.

***16:24

İsrail Hərbi hava Qüvvələrinin Qəzza zolağını 5 gündür bombardman etməsi nəticəsində həyatını itirən fələstinlilərin sayı 1055 nəfərə çatıb.

Bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Eyni zamanda avi zərbələr zamanı 5184 nəfər də yaralanıb.

Bundan başqa İordan çayının Qərb sahilində daha 23 nəfər ölüb, 130-a yaxın insan yaralanıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15