Cümə, 03 May

HƏMAS-ın İsrailə hücumu nəticəsində 50 əcnəbi həlak olub - RƏSMİ

image

İsraildə HƏMAS və terrorçuların hücumları nəticəsində azı 50 əcnəbi ölüb. 

Xarici mediaya bildirir ki, bu barədə İsrailin xarici işlər naziri Mark Reqev oktyabrın 11-də açıqlama verib.

Son məlumatlara görə, İsraildə hərbi əməliyyatlar nəticəsində 11 ABŞ vətəndaşı həlak olub, itkin düşənlər də var.

18 Tailand vətəndaşının da öldüyü, 11 nəfərin girov götürüldüyü, 8 nəfərin yaralandığı təsdiqlənib. Ölənlər arasında 10 Nepal və 7 Argentina vətəndaşı var. 15 argentinalı itkin düşmüş hesab olunur.

Bundan əlavə, HƏMAS silahlılarının atəşi və hücumları nəticəsində iki ukraynalı və bir Azərbaycan vətəndaşı həlak olub.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS yaraqlıları İsrailə iri raket hücumu həyata keçirərək onun ərazisinə daxil olublar. Buna cavab olaraq İsrail ordusu “Dəmir qılınclar” əməliyyatının başladığını elan edib və qrupun Qəzza zolağındakı hədəflərinə hücum edib.

KİV-in məlumatına görə, İsraildə ölənlərin sayı 1200 nəfəri keçib, daha 3000 nəfər yaralanıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15