Cümə, 03 May

Lotereyada 100 milyon udan azərbaycanlı kimdir?

image

Rusiyada azərbaycanlı loterayada 100 milyon rubl udub.

Soçidə yaşayan həmyerlimiz Azər Musayev 100 milyon rubl (1 milyon ABŞ dolları) məbləğində rekord super mükafatı qazanıb.

Onun qalib olduğu lotoreya biletinin qiyməti 500 rubl olub.

Həmyerlimiz bildirib ki, əvvəlcə iki bilet alıb:

"Həmin biletlər uduşsuz olub. Üçüncüsünü aldım və düşündüm: Qoy sonuncu dəfə cəhd edim. Dəmir pulla lotareyanı silməyə başladım. Üst sətirdə 5 milyon gördüm. Sevindim, daha yoxlamadım və düşündüm ki, bu məbləği udmuşam. Bileti satıcıya verəndə o da yoxladıqda məlum oldu ki, mən əslində 100 milyon qazanmışam. Düzünü desəm mən buna dərhal inanmadım”, - deyə həmyerlimiz söyləyib.

Azər Musayev Soçidə inşaatçı işləyir. O, lotoreyada udduğu məbləğlə yaxınlarına maddi yardım etməyi, mənzil və maşın almağı və oğluna toy etməyi planlaşdırır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15