Şənbə, 04 May

Misir Qəzza ilə sonuncu keçid məntəqəsini BAĞLADI

image

Misir hökuməti çərşənbə axşamı Qəzza zolağı ilə sərhəddə yerləşən Rəfah şəhərindəki nəzarət-buraxılış məntəqəsinin fəaliyyətini dayandırıb.

Xəbər verilir ki, bu barədə "The Washington Post" yazıb.

Bundan başqa, Misir hökuməti İsraillə sərhəddəki "Taba" məntəqəsinin fəaliyyətini dayandırıb. Öz növbəsində “The National News” nəşri qeyd edir ki, Misir hərbçiləri Qəzza zolağı ilə sərhəddə patrulları artırıb.

Hazırda Rəfahdakı keçid məntəqəsinin bağlanması ilə Qəzza təcrid olunub. Belə ki, bu, Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən sonra tibbi yardım və müxtəlif malların bölgəyə buraxılması üçün yeganə məntəqə idi.

Xatırladaq ki, bir gün əvvəl İsrail hökuməti Qəzza zolağının tam mühasirəyə alınması, elektrik və suyun kəsilməsi barədə göstəriş verib.

Oktyabrın 7-də Qəzza zolağından İsrailin cənub və mərkəzi bölgələrinə raket zərbələri endirilib. Fələstin yaraqlıları İsrail ərazisinə daxil olub. Buna cavab olaraq İsrail "Dəmir Qılınclar" əməliyyatına başladığını elan edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15