Cümə axşamı, 02 May

İsrail-HƏMAS qarşıdurmasında 4-cü gün: Dəqiqə-dəqiqə son yeniliklər - FOTO

image

İsrail-Həmas qarşıdurmasının 4-cü günündə itkilər artır. İsrailin Qəzzaya qarşı "tam blokada" elanından sonra bölgəyə su, elektrik və yanacaq axını kəsilib. Digər tərəfdən, Livan sərhədində də gərginlik yüksəkdir. 

Şənbə günü səhər HƏMAS-ın silahlı qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının başlatdığı “Aksa Tufanı”na cavab olaraq İsrail “Dəmir qılınclar” əməliyyatına başlayıb.

İsrailin Qəzzanı intensiv bombardmanları 4-cü gündür davam edir.

İsraillə HƏMAS arasında qarşıdurmalar davam edərkən, İsrailin həyata keçirdiyi bombardmanlar nəticəsində Qəzza zolağının böyük hissəsi qaranlığa qərq olub.

Ölənlərin sayı artır. İndiyədək qarşıdurmada 800 israilli və 770 fələstinli həyatını itirib. Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın açıqlamalarına görə, İsrailin Qəzzaya hücumları nəticəsində 2 jurnalist ölüb.

İsrail HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının əlində olan "girovlara zərər vermək hesabına" Qəzza zolağına hücumlarını davam etdirəcəyini açıqlayıb.

İsrailin baş naziri Netanyahu bildirib ki, HƏMAS-ın hücumuna verəcəyi cavab “Yaxın Şərqi dəyişəcək”.

Budur, isti bölgədəki son yeniliklər, dəqiqə-dəqiqə...

12.47 - İsrailin blokada altındakı Qəzzaya hücumlarında ölənlərin sayı 770-ə yüksəldi

11.00 - Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) oktyabrın 7-dən bu yana 137 mindən çox fələstinlinin Qəzza zolağında 83-dən çox məktəbə sığındığını, məktəblərin dolu olduğunu və ləvazimatların kifayət qədər olmadığı bildirilib.

09.40 - İsrail Hərbi Hava Qüvvələri gecə ərzində Qəzzada HƏMAS-ın 200 hədəfini vurduqlarını açıqlayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15