Şənbə, 04 May

Mikayıl İsmayılovun “Azad söz”ü susdurmaq cəhdləri

image

Bir neçə gün öncə “Azad söz” olaraq SOCAR-ın vitse-prezidenti Mikayıl İsmaylovun biznes fəaliyyəti, qaranlıq maliyyə əməliyyatlarındakı rolu və sahib olduğu obyektlər haqqında geniş araşdırma təqdim etmişdik. 

Lakin araşdırmamız yayımlandıqdan bir müddət sonra “Azad söz” saytına kütləvi şəkildə DDOS hücumları həyata keçirilməyə başladı və məqsədli şəkildə saytın fəaliyyətini əngəlləməyə cəhdlər edildi.

Baş verən hücumlara görə “Azad söz” olaraq qeyd edirik ki, oxuculara təqdim etdiyimiz məlumatların hamısı real və həqiqi faktlara əsaslanır. Tərəfimizdən Mikayıl İsmayılov haqqında hər hansı qeyri-dəqiq və əsassız informasiya yayımlanmayıb. Ayrıca araşdırmamızda toxunduğumuz bir çox mövzu, Mikayıl İsmayılovun obyektləri, villaları, sahib olduğu müəssisələri və s. barəsində internet resurslarında kifayət qədər məlumatlar mövcuddur. 

Bu cür məlumatlar və faktlar bir neçə ildir ki, müntəzəm olaraq tirajlanır. Lakin əllərində kifayət qədər media resursu olmasına baxmayaraq bu günə qədər nə Mikayıl İsmayılov və onun müdafiəsinə qalxan şəxslərdən heç biri yayımlanan məlumatları təkzib etməyib.

Deyəsən bu vaxta qədər susmağı seçən Mikayıl İsmayılov məhz “Azad söz”ün araşdırması nəticəsində öz dərin yuxusundan ayılıb. Mikayıl İsmayılov öz qaranlıq fəaliyyətlərini hansı yollarla həyata keçirirdisə, “Azad söz”ü də bu cür susdurmağa çalışır. 

Baş verən hücumlar və Mikayıl İsmayılovun araşdırmamızdan bu dərəcədə narahat olması “Azad söz” olaraq yazdığımız və yayımladığımız informasiyalarının doğru olduğunu bir daha sübut edir. Əgər qarşı tərəf araşdırmamızda doğru olmayan faktların, qeyri-adekvat yanaşmanın olduğunu düşünürsə, buyurub öz “fakt”larını təqdim etsinlər. 

Əgər Mikayıl İsmayılov həqiqətən əməli saleh adamdırsa, hər hansı qaranlıq əməlləri yoxdursa, öz maliyyə mənbələrini ictimaiyyətə təqdim etsin. Yox, bunun əvəzinə “Azad söz”-ə qarşı hücumlarını davam etdirəcəksə, ona və bizə bu işdə uğurlar arzulamaqdan başqa əlimizdən bir şey gəlmir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15