Cümə axşamı, 02 May

Paşinyan sülh müqaviləsi imzalamağa hazırlaşır - Kritik qərar verilib

image

Ermənistan Baş naziri Nikol Paşinyan Qranada görüşündə Qarabağ daxil olmaqla, Azərbaycanın 86,6 min kv.km ərazisini tanıyan Bəyanatı imzaladı.

Rusiya Prezidenti Vladimir Putin bununla bağlı deyib ki, Ermənistan Qarabağın statusu məsələsini həll edib və məsələ bitib.

Maraqlıdır, Putinin də dediyi kimi məsələni bitmiş hesab etmək olarmı? Paşinyan bununla sülh müqaviləsi imzalamağa hazır olduğunu da bildirir?

Mövzunu şərh edən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib ki, Prezident İlham Əliyev Qranada görüşündə iştirakdan imtina etdi:

“Əlbəttə ki, bu səbəbsiz deyildi. Türkiyənin görüşdə iştirakına yaradılan maneələrə görə Azərbaycan belə bir etiraz etdi. Bundan başqa görüşdə iştirak edən Fransa, Almaniya kimi ölkələrin görüşə qədər Azərbaycan əleyhinə neqativ açıqlamalar verməsi də görüşdən imtina etməyimizə gətirib çıxartdı.

Paşinyan Qranada görüşündə Qarabağ da daxil olmaqla, Azərbaycanın 86,6 min kv.km ərazisini tanıyan Bəyanatı imzaladı. Bu ilk belə hadisə deyil. Keçən ilin 6 oktyabr tarixində Praqada keçirilən görüşdə də Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirmişdi. Bütün bunlar müsbət məqamlardır lakin Ermənistan verdiyi sözlərə əməl, səsləndirilən bəyanatları icra etmir.

Hesab edirəm indiki məqamda sülh müqaviləsi imzalana bilər. Lakin Ermənistanı prosesdən yayındıran, habelə gərginliyi artırmaqda olan qüvvələr var. Azərbaycan buna görə prosesi Brüssel formatında davam etdirsə də Qranda görüşü kimi nəticəsiz görüşlərdə maraqlı deyil”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15