Bazar ertəsi, 06 May

“Valday“da ERMƏNİ XİSLƏTİ: Putin Simonyanı susdurub və deyib ki...

image

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağı məqsədli şəkildə təslim etməsi ilə razılaşmır.

Xəbər verilir ki, o, bunu "Valday" beynəlxalq diskussiya klubunda "Rossiya Seqodnya" media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyanın müvafiq sualına cavab olaraq bildirib.

"Mən sizinlə razılaşa bilmərəm ki, baş nazir Paşinyana Qarabağı təslim etmək üçün kimsə tərəfindən hakimiyyətə gətirilib. Yenə də bu, erməni xalqının seçimi idi. Bəli, sizin seçki proseslərinə fərqli münasibətiniz ola bilər, amma bu faktdır, ona görə də burada sizinlə razılaşmıram. "O, Qarabağı təslim etməyə çalışıb" fikri ilə də razı deyiləm. 2020-ci ildə bu münaqişə zamanı və təbii ki, ondan əvvəl də onunla yaxından əlaqə saxladım. Yada salaq ki, o, hakimiyyətə gələndə demişdi ki, Qarabağ Ermənistanın bir hissəsidir. Bunu əvvəllər heç kim deməmişdi. Düzdür, sonradan onun mövqeyi kökündən dəyişdi... Niyə? Bu, artıq mənə veriləsi sual deyil... Amma 2020-ci ilin münaqişəsi zamanı mən onunla ünsiyyətdə oldum və fikrimcə, o, səmimi şəkildə vəziyyəti qoruyub saxlamağa çalışırdı. İndi qərarların doğru və ya yanlış olması barədə danışmıram. Bunu mühakimə etmək mənim işim deyil", - Putin bildirib. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15