Cümə, 03 May

Naxçıvanda tikintidə ÖZBAŞINALIQ: cinayət işi açıldı

image

Culfa rayonunda iaşə obyektinin tikintisi zamanı Vidadi Gülməmmədovun xəsarət alması faktı üzrə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda araşdırma aparılıb. 

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan verilən xəbərə görə, araşdırma zamanı dövlət mülkiyyətində olan torpaq sahəsində aparılan tikinti işlərinə cəlb olunmuş şəxslərlə əmək müqaviləsinin bağlanmaması, onların əməyin mühafizəsi qaydaları ilə təlimatlandırılmaması, həmçinin işçilərin fərdi texniki mühafizə vasitələri ilə təmin edilməməsi və təhlükəsizlik qaydalarının pozulmasının qarşısını almaq üçün hər hansı tədbirin görülməməsi müəyyən edilib.

Fakta görə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 188.4.1 (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 222.1 (tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddələri  ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15