Cümə, 03 May

SON DƏQİQƏ! Zaman daralır, əgər belə davam etsə... - ŞOK XƏBƏRDARLIQ

image

Türkiyə əleyhinə siyasət yürütən ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin keçmiş sədri Bob Menendezin korrupsiyada ittiham olunaraq vəzifəsindən istefa verməsi F-16-ların Ankaraya satışına yol aça bilər.

Xəbər verilir ki, ABŞ-da yerləşən "Atlantic Council" beyin mərkəzi bununla bağlı maraqlı təhlil yayımlayıb.

Təhlildə F-16 müqaviləsinin ABŞ-Türkiyə münasibətləri üçün strateji əhəmiyyət kəsb etdiyinə və Menendezin Senatdan getməsi ilə Vaşinqton-Ankara əlaqələrinin sürət qazana biləcəyinə diqqət çəkilib.

Məqalədə Vaşinqtonun Ankaraya F-16 satması ilə Türkiyənin İsveçin NATO üzvlüyünə razılıq verməsinin bir-biri ilə əlaqəli olduğu vurğulanıb, ən böyük riskin “Türkiyə və Konqresin sözügedən məsələlərdə qarşılıqlı fəaliyyət gözləntilərinin çıxılmaz vəziyyətə düşməsi” olduğu qeyd edilib: "Menendez qalmaqalı potensial dəyişiklik deməkdir, çünki Senatın Xarici Əlaqələr Komitəsinin sədri kimi o, xarici ölkələrə silah satışına təsirli veto hüququna malik idi və F-16-ların Türkiyəyə satışına qarşı olduğunu dilə gətirirdi".

"Atlantic Council" bu vəziyyəti “qiymətləndirmək” lazım olduğu bildirib və “zamanın daraldığı” vurğulayıb.

Məqalədə Bayden administrasiyasına çağırış və xəbərdarlıq edilib ki, “Türkiyə F-16-ların təhlükəsizliyini təmin edə bilməsə və döyüş təyyarələrini başqa yerdən almağa çalışsa, ABŞ və Türkiyə bir nəsil və ya daha uzun müddət davam edə biləcək müdafiə əlaqələrində daha geniş qırılma ilə üzləşə bilər”.

Qeyd edək ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsində Menendesi əvəz edən yüksək səviyyəli demokrat senator Ben Kardin Türkiyəyə F-16 satışı ilə bağlı açıqlamalar verib. Kardin məsələ ilə məşğul olacağını bildirib və Komitənin F-16 satışı ilə bağlı qərarına Türkiyənin İsveçin NATO üzvlüyünü qəbul etməsindən başqa mövzuların da təsir edəcəyini bildirib: "Mən bu məsələ ilə bağlı administrasiya ilə danışmalıyam, çünki bu, təkcə bir məsələni deyil, bir çox məsələləri əhatə edir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15