Bazar, 05 May

Ermənistan parlamenti Roma Statutunu ratifikasiya edib

image

Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib.

Xəbər verilir ki, bununla bağlı qərar qanunverici orqanın oktyabrın 3-də keçirilən iclasında qəbul olunub. Deputatların 62-si sənədin qəbuluna "hə" deyib.

“Ermənistan” və “Mənim şərəfim” müxalifət fraksiyaları müzakirələrdə iştirak etməyib.

“Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan parlamentin iclası başlamamışdan əvvəl deyib ki, məsələnin parlamentin gündəliyinə salınması Ermənistan Konstitusiyasına zidddir.

Qeyd edək ki, Ermənistanda Roma statutu qüvvəyə minəcəyi təqdirdə, V.Putin Ermənistana gedərsə həbs olunmalıdır.

Rusiya XİN bəyan edib ki, Ermənistanın Roma Statutunu ratifikasiya etməsi ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq.

Nazirlikdən qeyd edilib ki, İrəvanın Roma Statutunu ratifikasiya etməsindən sonra V.Putinin Ermənistana səfərini təsəvvür etmək çətin olacaq.

Kremlin sözçüsü Dmitri Peskov isə Ermənistan parlamentinin qərarını düşmənçilik kimi qiymətləndirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15