Cümə, 03 May

Hindistan bu ölkənin 40 diplomatını qovur

image

Hindistan 40-a yaxın kanadalı diplomatın oktyabrın 10-dək ölkəni tərk etməsini tələb edib.

Xəbər verilir ki, bu barədə “Faynənşl Tayms” mənbələrə istinadən məlumat yayıb.

“Hindistan hakimiyyəti göstərilən tarixdən sonra qalanları diplomatik toxunulmazlıqdan məhrum etməklə hədələyib”, - mənbə bildirib.

Bildirilir ki, Kanadanın Hindistanda 62 diplomatı var. Hazırda Yeni Dehli 40-a yaxın kanadalı diplomatın ölkədən çıxarılmasını tələb edir. Nə Kanada Xarici İşlər Nazirliyi, nə də Hindistan hökuməti məlumatı şərh edib.

Qeyd edək ki, sentyabr ayında Kanadanın Baş naziri Trudonun Kanadada sikx icmasının liderlərindən birinin qətlində Hindistan kəşfiyyat xidmətlərinin əli ola biləcəyini açıqlamasından sonra iki ölkə arasında münasibətlər pisləşib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15