Cümə axşamı, 02 May

Saakaşvili Qarabağın azad olunmasından yazdı

image

Gürcüstanın sabiq prezidenti, hazırda vətənində həbsdə olan Mixeil Saakaşvili “Facebook” səhifəsində qondarma rejimin keçmiş “dövlət naziri”, iş adamı Ruben Vardanyanın Azərbaycan tərəfindən saxlanılmasından bəhs edib.

Xəbər verilir ki, eks-prezident bu barədə deyib:

“Ətrafımızda yaxşı və şər arasında qarşıdurma var. Azərbaycan Rusiyanın Ukraynadakı müharibəsinə fəal dəstək verən milyarder Ruben Vardanyanı, eləcə də qondarma “Abxaziya Respublikası” və “Cənubi Osetiya Respublikası” ilə əlaqələri inkişaf etdirən tanınmamış “DQR”in “xarici işlər naziri” Davit Babayanı və digər separatçıları həbs edib.

Beləliklə, bu gün işğal olunmuş ərazilər Qarabağdakı tərəfdaşlarını itirib, qondarma “Artsax” zərərsizləşdirilib.

Bu gün bizim qarşımızda unikal imkanlar açılır və biz onları əldən versək, gələcək nəsillər bizi bağışlamayacaq... Bu missiya Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası və Avropanın bir hissəsinə çevrilməsidir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15