Cümə axşamı, 02 May

Qocalıqda bu təhlükəli 3 vərdişdən qaçın

image

Yaşlandıqca sağlamlığımızın qeydinə qalmaq xüsusilə vacibdir. Yaşlı insanlar ən çox qidalanmalarına diqqət etməlidirlər. Ancaq sağlamlığınıza zərər verə biləcək üç təhlükəli vərdiş var ki, onlardan mütləq qaçmalısınız.

Xəbər verilir ki, ilk pis vərdiş orqanizmdə su çatışmazlığıdır. Yaşla, susuzluğa həssaslıq azalır və bir çox yaşlı insanlar kifayət qədər su içmirlər. Bu məsələyə demək olar ki, laqeyd yanaşırlar. Bu da dehidrasiyaya gətirib çıxarır və öz növbəsində böyrək problemləri, zəif yaddaş və konsentrasiyaya səbəb ola bilər.

İkinci pis vərdiş qida rasionundakı protein çatışmazlığıdır. İnsan orqanizmi qocaldıqca zülalları mənimsəmək qabiliyyəti azalır ki, bu da əzələ kütləsinin itirilməsinə və immunitet sisteminin zəifləməsinə səbəb olur. Yaşlı insanların pəhrizini ət, balıq, yumurta və paxlalılar kimi zülallı qidalarla zənginləşdirməsi vacibdir.

Üçüncü təhlükəli vərdiş naharı gec saatlarda etməkdir. Belə olan halda diabet və metabolik pozğunluqların artması riski də daxil olmaqla bir sıra problemlərə səbəb olur. Bunun səbəbi, bədənin gecələr daha az aktiv olması və karbohidratları səmərəli şəkildə emal edə bilməməsidir. Yatmazdan bir neçə saat əvvəl şam yeməyi yemək və yüngül, zəngin qidalara üstünlük vermək tövsiyə olunur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15