Şənbə, 04 May

BƏXTƏVƏR! Lotereyada 130 milyon avro uddu

image

Fransa sakini EuroMillions (“Euromillions”) lotereyasında 130 milyon avro udub. 

Xəbər verilir ki, bu, son bir ayda ikinci belə böyük uduşdur. 

Sentyabrın əvvəlində daha bir Fransa sakini EuroMillions lotereyasında 109 milyon avro udmuşdu. 

2022-ci ilin iyul ayında Böyük Britaniya sakini EuroMillions lotereyasında lotereya tarixində ən böyük uduşa nail olmuş - 195 milyon funt sterlinq qazanmışdı.

EuroMillions lotereyasının ilk tirajı 13 fevral 2004-cü ildə üç ölkədə keçirilib: Fransa, İspaniya və Böyük Britaniya. 2004-cü ilin oktyabrında lotereyaya daha altı ölkə qoşulub: Lüksemburq, Belçika, İsveçrə, Portuqaliya, İrlandiya və Avstriya.

Uduşlardan yalnız İsveçrədə vergi tutulur. Bir lotereya biletinin qiyməti 2 avro yarımdır. Ümumilikdə lotereyada 200 milyona yaxın insan iştirak edir. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15