Çərşənbə axşamı, 14 May

Sabirabadda məktəbdə 12 nəfər qidadan zəhərləndi

image

Sabirabadda məktəbdə 12 nəfər qidadan zəhərlənib.

Xəbər verilir ki, hadisə sentyabrın 25-də Axtaçı Muğan kənd orta məktəbində baş verib. 11 şagird və 1 müəllim olmaqla, cəmi 12 şəxsin qida zəhərlənməsi diaqnozu ilə rayon mərkəzi xəstəxanasına müraciət etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı həmin şəxslərin məktəbdə şagirdlərdən birinin ad günü mərasimində qəbul etdikləri qidalardan zəhərlənmələri müəyyən edilib.

Hazırda vəziyyəti qənaətbəxş olan 12 şəxs tibbi yardım göstərildikdən sonra xəstəxanadan evə buraxılıb.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00