Çərşənbə axşamı, 23 Aprel

Əli Kərimli növbəti dəfə əsl simasını göstərdi - Şərh

image

Azərbaycan dünyanı cənginə alan COVID-19-a qarşı ən effektiv mübarizə aparan ölkələrdən biridir. Ölkəmiz tək milli səviyyədə deyil, qlobal müstəvidə də bu bəlaya təsirli addımların atılmasında təşəbbüskar olub. Dövlətimiz öz imkanları ilə qlobal pandemiyadan əziyyət çəkən ölkələrə yardımlar ayırıb. Bu məqsədlə Ümümdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ödəniş edilib. Vətəndaşlarının vaksinə əlçatanlığı üçün Azərbaycan COVAX proqramına qoşulan az sayda ölkələrdəndir.

Bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun sözlərinə görə, Azərbaycan qlobal müstəvidə bəşəriyyətin qorunmasına, insan faktoruna olan münasibətini ortaya qoyub:

“Pandemiya ölkə hüdudlarına çatmamışdan dövlətimiz önləyici tədbirlər həyata keçirib. Ölkədə bu virusun ilkin əlamətləri qeydə alındığı gündən effektiv mübarizənin təşkili üçün zəruri addımlar atılıb. Qoruyucu vasitələrin istehsalı, dezinfeksiya məhsulları ilə təminat məsələləri həll edilib. Sözsüz ki, ilk məqsəd bu virusun kütləvi yoluxmasının qarşısını almaq idi. Bu məqsədlə proqram xarakterli addımlar atıldı. İnsanların kütləvi toplandığı bütün məkanlarda məhdudlaşdırıcı tədbirlər görüldü. Daha çox yoluxma və insan itkisinin qarşısını almaq üçün sərt karantin qaydaları tətbiq edildi. Bütün bunların fonunda insanların sosial qayğıları, zəruri ehtiyacları da unudulmadı. Sahibkarlara edilən ödəmələr ardıcıl həyata keçirildi. İş yerlərində ixtisarların edilməməsi üçün zəruri proqramlar icra olundu. Sosial cəhətdən zəif təbəqinin ehtiyaclarının qarşısının alınması üçün aylıq müavinətlər təyin edildi”.

Deputat deyib ki, Azərbaycan özünün malik olduğu iqtisadi imkanlar hesabına vətəndaşlarının bütün ehtiyaclarını qarşılamağı bacaran dövlətlər sırasındadır:

“Amma sözsüz ki, pandemiya öncəsi və sonrası öz maraqlarını xalq, dövlət maraqlarından öndə tutanlar daima təmsil olunduqları sferadan yalan məlumatlar tirajlamaqda davam edirlər. AXCP sədri Əli Kərimli, anti-Milli Şura üzvləri və bu oyuncaq təşkilata rəhbərlik edən Cəmil Həsənli asılı olduqları mərkəzlərin maraqlarından çıxış edir. Təsadüfi deyil ki, onların ətrafında yığışmış trol şəbəkələri Azərbaycanla bağlı həqiqətdən uzaq xəbərlərin daha çox xarici seqmentlərdə yer almasına çalışır. Amma əsl reallıq sözsüz ki, bu üzdəniraqların iddialarından tamamilə fərqlidir.

Bu günlərdə Ə.Kərimlinin virtual məkanda Azərvbaycanda ölüm sayının 2019-cu illə müqayisədə 2020-ci ildən az olduğunu və bunun başqa səbəblərinin axtarışına çıxdığının şahidi olduq. Özünü “siyasətçi” hesab edən bir şəxsin bu qədər düşüncədən uzaq fikirlər səsləndirməsi sözsüz ki, ikrahla qarşılanıb. Çünki bütün dünya 2020-ci ildə COVID-19 bəlası ilə qarşı-qarşıya qaldı. Azərbaycan da dünya birliyinin bir üzvü olduğu üçün koronavirusa yoluxub dünyasını dəyişən vətəndaşlarımız ümumi ölüm statistikasında yer alıb. Bunu başa düşmək sadə bir anlayış olduğu halda AXCP sədri guya yeni və effektiv bir açıqlama deyəcək kimi kameraların önünə qaçır. Ə.Kərimov növbəti dəfə həqiqətdən uzaq fikirlər səsləndirməklə öz simasını bir daha açıb göstərdi”.

Cavid Osmanova görə, 2020-ci ildə Vətən müharibəsindən tarixi qələbə ilə çıxan Azərbaycanın uğurları Ə.Kərimli və onun ətrafındakılar tərəfindən birmənalı qəbul olunmadı:

“Təsadüfi deyil ki, bu gün Azərbaycana qarşı qarayaxma kompaniyası aparan, haqsız iddialar irəli sürən düşmən qüvvələr məhz Ə.Kərimlinin ritorikasına istinad edir. Məhz bu səbəbdən də AXCP sədri ardıcıl olaraq düşmən dəyirmanına su tökən mövqe sərgiləyir. Sözsüz Azərbaycan cəmiyyəti 90-cı illərin əvvələrində onların siyası hakimiyyətdə olduğu dönəmi unutmayıb. Məhz bu günlər güclü Azərbaycan tərəfindən həll edilən 30 illik problemlər AXC-Musavat hakimiyyətinin yarıtmaz iqtidarı dövründə formalaşıb. Bu gün isə Azərbaycan Cənubi Qafqazın lider və inkişaf etmiş ölkəsidir. Azərbaycan ərazi bütövlüyünü təmin etməklə regionda yeni reallıq yaradıb”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

Paşinyandan ilk - Açıqlama

  • 20.04.2024 - 14:37
image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18