Cümə, 03 May

Peskov: Qarabağda davamlı atəşkəs olacaq

image

Rusiya Qarabağda stabil atəşkəs dövrünün başlaması mövqeyi fikrindədir.

Xəbər verilir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib: “Biz davamlı atəşkəs dövrünün indi başlayacağı fikrindəyik. Qarabağ təmsilçiləri ilə Azərbaycan nümayəndələri arasında sülhməramlılarımızın iştirakı ilə çıxış edən danışıqlar gedir”.

Peskov bildirib ki, Azərbaycan Qarabağın erməni əhalisinin qanuni maraqlarının və təhlükəsizliyinin təmin edilməli olduğunu başa düşür.

Kreml Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasında mühüm irəliləyişlər qeydə alır:

"İndi çətin ki, kimsə sülh müqaviləsinin imzalanmasının vaxtını göstərməyi öhdəsinə götürsün. Amma nəzərə alsaq ki, Qarabağın kimə məxsuslu ilə bağlı əsas məsələ indi həll olunub və Ermənistanın Qarabağın kimə məxsus olduğunu tanımaq qərarı verib, deməli, əhəmiyyətli irəliləyiş təmin olunub”.

Peskov qeyd edib ki, bu müqavilə üzərində iş yekunlaşana qədər bir çox texniki məsələlər qalır”. "Ancaq bunun üçün bütün ilkin şərtlər mövcuddur. Əgər xoş niyyət olsa, finişə çatmaq mümkün olacaq".

Onun sözlərinə görə, Kreml Qarabağda rus sülhməramlılarının atəşə tutulmasında iştirak edən şəxslərin saxlanılması ilə bağlı məlumatı görüb:

"Artıq bir neçə nəfərin vəzifəsindən kənarlaşdırıldığı barədə məlumat görmüşük. Bununla bağlı saxlanılanlar da var. Hələ bunun bütün təfərrüatlarını bilmirik".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15