Çərşənbə axşamı, 07 May

Azərbaycanda nikahdankənar doğuşlar artıb - STATİSTİKA

image

Dövlət Statistika Komitəsi (DSK) rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı ilə bağlı yeni rəqəmləri açıqlayıb.

Məlumatlara əsasən apardığı araşdırmaya görə, son illərdə belə uşaqların sayında azalma müşahidə edilsə də, 2022-ci ildə əvvəlki illə müqayisədə artıb.

Belə ki, 2011-ci ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 31 minə yaxın olub, növbəti illərdə azalma müşahidə edilib. 2021-ci ildə 17 500-dən çox belə doğulan uşaq olubsa, ötən il bu göstərici 7% artaraq 18 800-ü keçib ki, bu da diri doğulan uşaqların 15%-ni təşkil edib. Yəni 2022-ci ildə anadan olan hər 7 uşaqdan birinin anası rəsmi nikahda olmayıb.

Cədvəl - illər üzrə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı aşağıdakı kimi olub:
 

Statistikaya əsasən, rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların 20%-dən çoxu Ədliyyə Nazirliyində yalnız ananın, qalanları hər iki valideynin ərizəsi əsasında qeydiyyata alınıb.

DSK, həmçinin rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların kənd və şəhərlər üzrə bölgüsünü də təqdim edib. Rəsmi nikahda olmayan qadınların dünyaya gətirdiyi uşaqların 62 faizi kəndlərdə doğulub. 1990-cı illərdə  rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı şəhər yerlərində üstünlük təşkil edirdisə, 2003-cü ildən etibarən bu göstərici kənd yerlərində daha çox olub.

Bizimlə əlaqə saxlayın

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58