Cümə, 03 May

Ermənistan hansı dövlətə arxalanıb müharibə etmək istəyir?

image

“Ermənistanın hərbi-texniki arsenalını zəngiləşdirməsi prosesi hazırda davam edir. Çünki müharibə vaxtı artilleriya vasitələrinin və zirehli texnikanın 60-70%-ini qoyub qaçmışdılar”.

Bu sözləri açıqlamasında ehtiyatda olan polkovnik Elxan Şıxəliyev deyib.

O, Ermənistan ordusunun Hindistan, Fransa, Rusiya və İran hərbi texnikası hesabına öz arsenalını zəngiləşdirməsi fonunda İrəvanın Bakı ilə yenidən müharibə ritorikası ilə çıxış etməsinin pərdəarxası məqamlarını şərh edib.

E. ŞIxəliyev xatırladıb ki, Ermənistan bu il hərbi büdcəsini 46% artırıb:

“Əgər İrəvan bu templə Hindistan, İran, Fransa və Rusiyadan silahlar almağa davam etsə, ən yaxşı halda 5 ilə ordunu komplektləşdirib, 27 sentyabr 2020-ci ildəki vəziyyətə gətirə bilər. Ermənistan, xüsusilə də artilleriya vasitələri və reaktiv yaylım-atəş sistemlərini Hindistandan alır. Həmçinin Fransadan zirehli transportyorlar idxal edib. Növbəti mərhələdə zirehli texnika boşluğunu tam dolduracaq. Bu vasitələri hansısa ölkədən almağa çalışacaqlar”.

Hərbi ekspertin fikrincə, Ermənistanın müharibə ritorikası artıq ordusunu tam komplektləşdirməsindən irəli gəlmir:

“Ordu hələlik yaxşı səviyyəyə çatmayıb. Yaxın 5 ildə ordunu modernləşdirməyə çalışacaqlar. Amma Azərbaycanda yerində saymayacaq. 

İndiki mərhələdə İrəvanın Azərbaycanla bu ritorikada davranmasının səbəbi Avropa İttifaqının Ermənistan ərazilərinə yerləşdirdiyi 200 nəfərlik mülki missiyadır. Əslinə, bu, siyasi missiyadır. Düşünürlər ki, hərbi eskalasiya yaransa, Avropa İttifaqı özünün siyasi institutlarını Azərbaycana qarşı işə salacaq.

Digər məsələ budur ki, İrəvan Aİ missiyasını hərbi gücə çevirməyə çalışır. Çünki digər ölkələr də bölgəyə daxil olmaq istəyir. Hətta ABŞ-nin Ermənistanla təlimlər keçirməsi buna sübutdur. 

Bununla belə, nəticəni hərbi güc nisbəti həlli edir”.

E. Şıxəliyevin sözlərinə görə, Azərbaycan ordusu Türkiyə modelinə keçidlə çoxsaylı “Komando” briqadaları, hərbi hissələr, bölmələr yaradıb:

“İrəvanın güc dilindən danışmasının perspektivi yoxdur. Çünki güclü müttəfiqlərin olması da önəmlidir. Azərbaycanın yanında Türkiyə, Pakistan, İsrail kimi müttəfiqlərə var. Ermənistanın isə real müttəfiqi yoxdur. İrəvanı sadəcə məsafədən cəsarətləndir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15