Cümə axşamı, 02 May

Bu tarixdən bölgələr üzrə hərəkət edən qatarların qrafiki DƏYİŞƏCƏK

image

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) payız-qış mövsümünün başlanması ilə əlaqədar oktyabrın 1-dən etibarən bölgələr üzrə hərəkət edən qatarların qrafikində dəyişikliklər edib.

ADY-dən verilən məlumata görə, dəyişikliklərə əsasən, payız-qış mövsümündə paytaxta üz tutan sərnişinlərin mənzil başına daha tez çatması üçün qatarlar mövcud qrafikdən daha erkən yola düşəcəklər.

Belə ki, yenilənmiş qrafikə əsasən Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən qatar saat 17:30-da, ənənəvi qrafikdən 40 dəqiqə tez yola düşərək saat 22:35-də Bakı Dəmiryol Vağzalına çatacaq.

Qəbələ-Bakı marşrutu üzrə yenilənmiş hərəkət qrafikinə əsasən sürətli sərnişin qatarı saat 19:00-da, ənənəvi qrafikdən 30 dəqiqə daha tez yola düşərək saat 22:20-də Bakı Dəmiryol Vağzalına çatacaq.

Əlavə olaraq qeyd edək ki, oktyabrın 1-dən etibarən Bakı-Ağstafa marşrutu üzrə ənənəvi qrafiklə (saat 08:45-də) hərəkət edən sürətli sərnişin qatarı Şəmkir rayonunun Dəllər stansiyasında da dayanacağından qatarın Ağstafaya çatma vaxtı saat 13:42-dən 13:46-a dəyişdirilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15